azadses.az » Cəmiyyət » Azərbaycanlı müğənni Nura Suri ölkə rəhbərliyinə müraciət etdi.

Azərbaycanlı müğənni Nura Suri ölkə rəhbərliyinə müraciət etdi.

Azad Səs xəbər verir ki müğənni öz facebook hesabında paylaşım edərək Prezidentə və birinci vitse Prezidentə müraciət edib.Müraciətdə deyilir:Hörmətli cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva, mart ayından etibarən işsiz qalmışıq. Düşünürdük ki, iyunda hər şey normala dönəcək. Bu müraciət tək müğənnilər və musiqiçilərə görə deyil. Ümumilikdə bütün şadlıq saraylarında, restoranlarda çalışanlar (ofisiantlar, xadimələr, aşpazlar və s.), gözəllik salonları, geyim mağazaları, avtomobil kirayəsi (gəlin aparmaq üçün), gül mağazaları, texniki avadanlıqlar, bazarlarda çalışanlar və bilavasitə işləri toylara bağlı olan günə muzd işləyənlərin adındandır...
İşləri toy sektoruna bağlı olan hər kəsin işi dayanıb və gəliri yoxdur...
Kiminsə maşını, evi var, amma martdan indiyədək qazancı yoxdur. Bu insanlar necə dolansın? Onlara da 190 azn yardım düşmür...
Hər şey dayanıb. Avqustun sonunda isə Məhərrəmlik ayı girir. Buradan da iki ay iş olmayacaq. Hələ payızda ikinci dalğanın olacağı bildirilir. Bu qədər insan işsiz qalacaq. Bizim sağlamlığımızı düşünərək bizi qorumaq üçün verilən qərarlar, o biri tərəfdən bizə maddi çətinlik yaradır.
Biz müğənnilər bütün dövlət tədbirlərində iştirak edirik, xeyriyyə işləri görürük. Hər zaman dövlətimizin yanındayıq.
Xalq artistindən tutmuş ən sıravi müğənnisinədək öz hesabına ən ucqar rayonlara konsertlərə gedir. Vaxtilə bununla bağlı pul ayrılsa belə həmin ödənişlər ifaçılara çatmayıb. Biz dövlətimizin adı olan yerdə maddi maraq güdməmişik. Həmişə dövlətimizə, millətimizə yararlı olmaq istəmişik.
Bir neçə iş sahəsi də musiqiçilərə, müğənnilərə bağlıdır. Buradan menecerlər, prodüserlər, gözəllik salonları, atelyeler, mağazalar və digər yerlər də evinə çörək pulu aparır. İyunadək birtəhər keçinənlər var idi. Düşünülürdü ki, iyunda hər şey bitəcək. Lakin bu müddət uzadılsa, krediti olan sənətçilər, onlarla işçinin evinə maaş verən musiqiçilərin halı necə olacaq? Eləsi var ki, xəstə anasına yardım etmək üçün banka girib, pulları necə qaytarsın? Həmçinin, beş ay çalışmamaq növbəti beş ay ərzində də maddi sıxıntılar çəkməklə nəticələnəcək. Banka borcu olanların faizləri yüksələcək, zəncirvari bir-birinə bağlı olan şəxslər də istəmədən bir-birinə maddi zərər vurmuş olacaq. Həmçinin, bu, iqtisadiyyatımıza da ziyandır.
Yuxarıda da qeyd etdiyim kimi, bu müraciət təkcə mənim adımdan yox, bütün bu sahədə çalışan insanların adındandır...

Hörmətlə, Nura Suri

Açıq məktub Hörmətli cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva, mart ayından etibarən...

Posted by Nura Suri on Saturday, May 23, 2020
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  2. Bakıda yol qəzası olub, xəsarət alan var
  3. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  4. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  5. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  6. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  7. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  8. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  9. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  10. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”