Moskvada Azərbaycan filmləri nümayiş olunur
- 8-02-2022, 09:01
- Mədəniyyət / Manset
Moskvada fəaliyyət göstərən “İllüzion” (“Иллюзион”) kinoteatrında tamaşaçılara Azərbaycan kinosunun geniş retrospektivi təqdim edilir.
“Report” xəbər verir ki, Azərbaycan kinosunun ilk retrospektivi 2021-ci ildə Rotterdam Film Festivalında premyerası baş tutmuş Fariz Əhmədovun “Sonuncu” filminin nümayişi ilə açılıb. “Sonuncu” - insan həyatından bəhs edən hekayə Xəzər dənizindəki Kürdili adasının yeganə sakininin həyatının son günlərini sənədli kadrlarla bədii formanın qovşağında əks etdirir.
19 filmdən ibarət proqrama komediya və triller, nağıl və detektiv hekayələr, kino hekayələri, sevgi hekayələri, sosial dramlar və sürreal pritçalar daxildir.
“Sizi bu simvolik kinoteatrda salamlamağa sonsuz şadıq. Bu, müasir Rusiyada Azərbaycan kinosunun ilk irimiqyaslı retrospektividir. 1935-ci ildən bu günə qədər böyük bir dövrə baxa biləcəksiniz. Proqramda yaşlı nəslin, qızıl dövrün, eləcə də gənc Azərbaycan kinosunun ustadlarının maraqlı əsərləri təqdim olunur”- , Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət attaşesi Nigar Axundova bildirib.
Proqramın həm kuratoru, həm də “İllüzion”un bədii rəhbəri Aleksandra Lavrova əlavə edib ki, filmlərin əksəriyyəti Dövlət Film Fondunun arxivindən olan 35 mm-lik plyonkadan nümayiş etdiriləcək. Rəqəmsal nüsxələr Azərbaycan Dövlət Film Fondu tərəfindən təşkilatçılara təqdim edilib. Nümayişlər kino tənqidçilərinin mühazirələri və rejissorlarla görüşlərlə müşayiət olunacaq.