azadses.az » Manset » “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi

“Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi

Bu gün Xalq şairi Ramiz Rövşənin doğum günüdür. Ad günü təəssüratlarını Azadsəs xəbə verir ki Modern.az-la bölüşən 73 yaşlı qələm adamı o günü xatırlamasa da, əzablı gün olduğunu səmimi gülüşü ilə ifadə edib:
 
“Dünyaya gəldiyim günün vəziyyətini xatırlamasam da, çox əziyyətli olduğunu dəqiq bilirəm. Bu gün mənim istirahət günümdür. Bu gün nə yazıram, nə danışıram, ancaq deyilənlərə qulaq asıram”.
 
Səhərdən çoxsaylı dost təbrikləri qəbul edən R.Rövşən bundan məmnun olduğunu və onu xatırlayan hər kəsə təşəkkürünü bildirib:


“Bu günü dostlarımla tamamilə qeyri-rəsmi şəkildə qeyd edəcəyik. İllərdir rəsmi nə isə etmirəm ad günümlə bağlı. Sadəcə,  dostlarımla olacam, özüm də qonaq qismində iştirak edəcəm”.
 
Xalq şairi bu gün gördüyü münasibətdən 73 illik ömrü əbəs yaşamadığını vurğulayıb:
 
“İlləri maddiləşdirdiyimə görə elə bilirəm ki, xoşbəxt adamam. Biz şair olaraq illəri, zamanı şerimizlə, sözümüzlə maddiləşdirə bilmişik. Adam var çox işlər görür, amma maddiləşmir, zaman onu unudur. Söz adamları bu baxımdan şanslıdır.  Bəzilərindən geriyə sözün əsl mənasında maddi nələrsə qalır, amma biz şairlər zamanı sözlə maddiləşdirə bilmişik. Əslində sənət maddiləşmiş zamandır. Zaman gözlə görünməyən, amma əks olunandır, külək kimi... Onu görə bilməsək də,  yarpaqları, ağacları necə tərpətdiyini görürük. Bununla biz əslində küləyin əksini görürük. Zamanın da əksi bizim yazdıqlarımızdır. Nə qədər ki yaşayırsan, zamanı əks etdirməyə məhkumsan. Bu mənada zamanı görürəm və hesab edirəm ki, bunu oxucularımıza da göstərə bilmişik”.
 
R.Rövşən əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.
 
Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.
 
2013-cü ildə "Türk Dünyası Bilim, Kültür və Sanat Ödülü"nü alıb.
 
Avrasiya Akademiyasının akademiki və akademiyanın "Avrasiya Əfsanəsi" mükafatının sahidir (2019).
 
Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.
 
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurasının, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub
  2. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  3. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  4. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  5. Bakıda yolu keçən qadını avtomobil vurub
  6. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  7. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  8. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  9. Sumqayıtda təlim maşını yanıb
  10. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib