Türkiyəli müğənni Demet Akalın koronavirusa yoluxduğunu açıqlayıb. ''Azad Səs'' xəbər verir ki, sənətçi bu barədə instaqram hesabında məlumat yayıb.
Testinin pozitiv olduğunu deyən ulduz xəstəliyi yüngül keçirdiyini deyib. Xatırladaq ki, müğənninin həyat yoldaşı Ozan Kurt da bir neçə gün əvvəl virusa yoluxduğunu açıqlamışdı.