ABŞ-da “evdə qal” çağırışına etiraz edən qrupun lideri koronavirusa yoluxdu
- 28-04-2020, 09:38
- Dünya
ABŞ-da koronavirusun yayılmasına qarşı tədbirlər çərçivəsində karantin qaydalarının tətbiqi və iqtisadi qərarlara etiraz edən fəallar qrupunun liderinin COVID-19 testi müsbət nəticələnib.
Ölkənin yerli televiziya kanalı WNCN xəbər verir ki, Şimali Karolina ştatında məcburi karantin qaydalarının konstitusiya hüquqlarını pozduğunu iddia edən qadın fəal Odri Uitlok koronavirusa yoluxduğunu deyib.O, “Facebook” hesabında “Həqiqət budur ki, müasir cəmiyyət yoluxucu virusları məhv edə bilmədi” paylaşımı edib.
Uitlokun 70 min üzvü olan “Barışıq Fəaliyyəti” adlı qrupu aprelin əvvəllərində ştat ərazisində karantin tədbirlərinə qarşı geniş etiraz nümayişləri təşkil edib.