Neftin qiyməti yüksəlir
- 23-11-2020, 12:39
- Manset
Bu gün koronavirusa qarşı dərmanlara artan ümidlərin təsiri ilə neftin qiyməti yüksəlməyə davam edib.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, Londonun “İCE Futures” birjasında “Brent” markalı neft cümə günü 1,7 faiz bahalaşdıqdan sonra bu gün daha 0,47 faiz bahalaşaraq 45,17 ABŞ dollarına satılıb. Nyu-York Əmtəə Birjasında (NYMEX) “WTI” markalı neft də cümə günü 1,2 faiz bahalaşdıqdan sonra bu gün daha 0,26 faiz bahalaşaraq 42,53 dollardan satılıb.
Bütövlükdə koronavirus dərmanlarının yaratdığı nikbinliyin təsiri ilə bu ayın əvvəlindən neft 20 faizədək bahalaşıb. Belə ki, “Pfizer” və “BioNTech” şirkətlərinin ərsəyə gətirdiyi yeni dərmanın kütləvi tətbiqinə 11-12 dekabr tarixlərindən başlayacağı bildirilir. Bununla belə, dünya üzrə yoluxma sayının artması yeni məhdudiyyətlərin tətbiqinə rəvac verir. Məsələn, ABŞ-da noyabr ayında günlük yoluxma oktyabra nisbətən 110 min çoxdur.
“Peyvənd dərmanlarının yaradılması sahəsində nə qədər böyük uğurlara nail olsaq da, yaxın gələcəkdə COVID-19 ilə bağlı ABŞ və Avropadakı vəziyyət görünür, daha da pisləşəcək”, – “Vanda İnsights” məsləhətçi şirkətinin banisi Vandana Hari deyib.