azadses.az » Manset » Bu il “Brent” markalı neftin orta qiyməti 42 dolları ötüb - FOTO

Bu il “Brent” markalı neftin orta qiyməti 42 dolları ötüb - FOTO

2020-ci ildə dünya bazarında əmtəə qiymətləri çox dəyişkən olub.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul Siyasəti İcmalı” ilə bağlı hesabatında məlumat verilib.
Bildirilib ki, Dünya Bankının (DB) əmtəə bazarları haqqında son məlumatlarına əsasən, 2020-ci ilin 9 ayında enerji qiymətləri 33,7 faiz azalıb, qeyri-enerji qiymətləri 4,5 faiz, ərzaq qiymətləri 1,5 faiz artıb.
Qiymət dəyişikliyi rüblər üzrə fərqli olub. III rübdə enerji qiymətləri 5,4 faiz, qeyri-enerji əmtəə qiymətləri 9,6 faiz, ərzaq qiymətləri 6,1 faiz, qiymətli metal qiymətləri isə 15,4 faiz yüksəlib.
Qızılın qiyməti 2020-ci ilin III rübü ərzində 6,8 faiz artıb.
Enerji qiymətlərindəki artım əsasən neft və təbii qaz qiymətlərindən təsirlənib. DB-nin əmtəə qiymətləri haqqında son məlumatlarına əsasən 2020-ci ilin yanvar-sentyabr aylarında təbii qazın qiyməti indeksi 17,2 faiz azalıb.
Qeyd edilib ki, ilin 9 ayı ərzində “Dow Jones” indeksi 4,2 faiz, “S&P 500” indeksi isə 22,8 faiz azalıb, III rüb ərzində isə müvafiq olaraq 7,3 faiz və 4,2 faiz dəyər qazanıb.
Müvafiq dövr ərzində dünya bazarında “Brent” markalı neftin hər bareli üçün orta qiyməti 42,3 ABŞ dolları təşkil edib. Rüblər üzrə neftin qiyməti də dəyişkən olub.
III rübdə neftin dünya bazarında orta qiyməti 43,3 ABŞ dolları səviyyəsində olub ki, bu da 2020-ci ilin II rübünün göstəricisindən 30,1 faiz çoxdur.
Beynəlxalq Enerji Agentliyinin “Neft Bazarı” hesabatının oktyabr buraxılışına əsasən 2020-ci il ərzində qlobal neft tələbinin günə 97,2 milyon barel olacağı proqnozlaşdırılır. Bu ötən ilin proqnozuna nisbətən 8,4 milyon barel azdır.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  2. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  3. Şabranda evə basqın olub, ölən və yaralanan var
  4. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  5. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  6. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  7. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  8. Bakıda yolu keçən kişini avtomobil vurub
  9. Yevlaxda 7 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  10. Bakıda yol qəzası olub, ağır xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”