Neftin qiyməti qalxmaqda davam edir
"Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 02:01 üçün 1,6 faiz artaraq 33,02 dollar/barrel təşkil edib.
Azad Səs-in "TASS"a istinadən verdiyi məlumata görə, sonuncu dəfə "Brent" markalı neftin qiyməti 33 dollardan yuxarı 13 aprel 2020-ci ildə olub.