Neft Azərbaycanı məyus edir
- 8-01-2020, 13:02
- İqtisadiyyat
"Qara qızıl"ımızın qiyməti ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,64 dollar artaraq 68,91 dollara çatıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,43 dollar bahalaşaraq 63,13 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti isə ucuzlaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar geriləyərək 70,04 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.