Azərbaycanda maraqların toqquşması üzrə ən çox rast gəlinən hallar açıqlanıb
- Dünən, 11:19
- Manset / İqtisadiyyat
Azərbaycanda maraqların toqquşması ilə bağlı ən çox rast gəlinən hallardan biri insanların bir-birini yaxşı tanıması, ailə üzvləri, qohumları, dostları ilə eyni sahədə çalışmasıdır.
"Report" xəbər verir ki, bunu BP şirkətinin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") 5-ci Etika və Uyğunluq Konfransında bildirib.
"Digər ən çox rast gəlinən hal insanların ikinci işinin olmasıdır. Universitetdə dərs deyən kimsə eyni zamanda hansısa təşkilatın idarəetməsində olur. Bu da bəzən problem yaradır. Bu problemi aradan qaldırmağın yollarından biri şəffaf olmaqdır. Ən yaxşı təcrübə isə odur ki, lazımı sənədlər qeydiyyatdan keçirilsin və mitiqasiya proqramı hazırlansın", - deyə o qeyd edib.