azadses.az » Manset » Zoologiya İnstitutu Xəzərin sahilindəki çimərlikdə suitilərin görünməsinə aydınlıq gətirib

Zoologiya İnstitutu Xəzərin sahilindəki çimərlikdə suitilərin görünməsinə aydınlıq gətirib

“Xəzər dənizində çimərlikdə suitinə rast gəlinməsi bəzi insanlar arasında təşvişə səbəb olub. Xüsusi olaraq qeyd edim ki, suiti insan yemir, onlar yalnız balıqlarla qidalanır və bu o deməkdir ki, insana hücum etmə hadisəsi yoxdur”.

Bu fikirləri “Report”a açıqlamasında Zoologiya İnstitutunun elmi işçisi, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov sosial şəbəkədə Xəzər dənizində insanların çimərkən suitinə rast gəlmələrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, suitilər öz arealı çərçivəsində dənizin sularında üzür və onların bala fərdləri, digər heyvanların balaları kimin bəzən insanlara maraq göstərirlər: “Ona görə təşvişə düşmək lazım deyil”.

E.Əsgərov xatırladıb ki, Xəzər suitisinin arealı digər suitilərin arealından milyonlarla il əvvəl ayrılıb və hazırda izolyasiya şəklində yalnız Xəzər dənizində rast gəlinir: “Öz xırda ölçülərinə görə bu növ hətta Ginnesin Rekordlar kitabına salınıb. Bu növün sayı XX əsrin əvvəllərində daha çox olmuş və bəzi elmi məlumatlara görə hətta milyondan çox olub. Əsrin sonunda isə onların sayı artıq 3-4 dəfə azalıb. Buna səbəb xəstəliklər, suların çirklənməsi, yem ehtiyatının tükənməsidir”.

Müşahidələri dövründə həmin suitilərə daha çox ölü halda Xəzər dənizinin sahillərində rast gəldiklərini deyən qurum rəsmisi vurğulayıb ki, bu növə Azərbaycan sularında daha çox miqrasiya dövründə rast gəlinir: “Onlar qış dövrünü Xəzər dənizinin şimalındakı buzların üzərində keçirirlər. Döl dövrü bitdikdən sonra üzü cənuba doğru miqrasiya edirlər və bizim sulardan keçərək cənuba gedirlər. Payız vaxtı yenə təzədən geriyə miqrasiya edərək bizim sularda görünməyə başlayırlar”.

O qeyd edib ki, suitilər yırtıcı məməli deyil: “Onların diş quruluşları da fərqlidir. Bu növün əsas qidasını xırda balıqlar təşkil edir. Bizim sularımızda onların canlı olaraq müşahidə olunması elmi və təbiəti mühafizə ictimaiyyətinin sevincinə səbəb olub. Yəni, bu o deməkdir ki, suitilər yaxşı qorunur”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı