Quterriş: Dünya yenidən nüvə silahından istifadə təhlükəsi ilə üz-üzədir
BMT-nin Baş katibi Antoniu Quterriş dünyanın yenidən nüvə silahından real istifadə təhlükəsi ilə üz-üzə gəldiyini hesab edir.
“Report” xəbər verir ki, bunu o, ABŞ-nin Hirosimaya nüvə bombası atmasının 79-cu ildönümü ilə bağlı anım mərasimində BMT Baş katibinin müavini və tərk-silah məsələləri üzrə ali nümayəndəsi İdzumi Nakamitsunun oxuduğu müraciətdə bildirib.
“Nüvə silahları və onlardan istifadə ilə bağlı təhdidlər təkcə tarix dərsliklərinin səhifələrində deyil, bu cür gündəlik ritorika beynəlxalq münasibətlərdəki vəziyyət fonunda yenidən özünü büruzə verir”, – deyə Quterriş bunun indi dünyanın üzləşdiyi real təhlükə olduğunu vurğulayıb.
BMT-nin Baş katibi əmindir ki, nüvə silahı təhlükəsini nəhayət aradan qaldırmağın yeganə yolu ondan tamamilə imtina etməkdir.
“Nüvə müharibəsində qalib ola bilməz və belə bir müharibə heç bir halda başlanmamalıdır”, – o vurğulayıb.