Makron nüvə silahından istifadə məsələsini müzakirə etməyə çağırıb
Fransa prezidenti Emmanuel Makron nüvə silahı da daxil olmaqla Avropanın müdafiəsinin gələcəyi ilə bağlı müzakirələrə başlamağa çağırıb.
“Report” xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.
“Mən nüvə silahlarının mövcudluğunun müzakirəsini ehtiva edən Avropanın müdafiəsi ilə bağlı müzakirənin açılmasının tərəfdarıyam. Gəlin görək bizi həqiqətən nə qoruyur”, - Makron bildirib.
Fransa lideri əlavə edib ki, ölkə öz spesifikliyini saxlayacaq, lakin Avropa torpaqlarının müdafiəsinə daha böyük töhfə verməyə hazırdır.
O vurğulayıb ki, Fransa doktrinası həyati maraqlara təhlükə yarandığı hallarda nüvə silahından istifadəyə icazə verir.