Vaşinqton Pekini nüvə danışıqlarına başlamağa çağırır
- 22-07-2023, 10:56
- Dünya
ABŞ administrasiyası əmindir ki, Çin və ABŞ arasında nüvə silahı üzrə dialoqun olmaması sabitliyi pozur və Vaşinqton Pekini bu cür danışıqlara başlamağa çağırır.
"Report" xəbər verir ki, bu barədə Aspen İnstitutunun təhlükəsizlik üzrə illik forumunda çıxış edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
C.Sallivan xatırladıb ki, Moskva və Vaşinqton “Soyuq müharibə”nin ən çətin dövrlərində belə nüvə silahları və onlardan istifadə doktrinaları ilə bağlı dialoqu davam etdiriblər.
Çinlə belə bir danışığımız yoxdur. Bu, mahiyyət etibarilə sabitliyi pozmaqda rol oynayır. Biz bunu ABŞ və Çin arasında intensiv dialoq vasitəsilə yaratmalıyıq", - deyə C.Sallivan qeyd edib.