KİV: Enerji infrastrukturunun məhv edilməsi Ukrayna üçün ciddi problemlər yaradıb
Ukraynada Rusiyanın onun enerji infrastrukturunu məhv etməsi səbəbindən ciddi problemlər yaşandığı və bu vəziyyətin əhali üçün “böyük yük”ə çevrildiyi bildirilir.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Berliner Zeitung” nəşri yazıb.
Qeyd olunur ki, elektrik enerjisi infrastrukturunun məhv edilməsi bütün sahələrə - sənaye, ticarət, qaz və su təchizatı və istiliyə təsir edir. O baxımdan, qışa doğru vəziyyətin daha da kəskinləşəcəyi vurğulanıb.
Yazıda o da bildirilib ki, Qərb Kiyevə kifayət qədər və effektiv dəstək vermir.