AEBA Rusiya və Ukraynanın müraciəti ilə Zaporojye AES-dəki vəziyyətlə bağlı iclas keçirəcək
- 10-04-2024, 12:07
- Dünya
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurası aprelin 11-də Vyanada yerləşən qərargahında Zaporojye Atom Elektrik Stansiyasındakı (AES) vəziyyətlə bağlı iclas keçirəcək.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
“İclas Rusiya və Ukrayna tərəfindən Şuranın iclasının çağırılması müraciəti ilə ünvanlanmış iki ayrı məktub əsasında İdarə Heyətinin sədri tərəfindən çağırılır”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, aprelin 5-dən aprelin 9-dək Zaporojye AES-ə dronların hücumu olub. Yük limanı və azot-oksigen stansiyasının ərazisi, yeməkxana, altıncı enerji blokunun günbəzi və Zaporojye Atom Elektrik Stansiyasının təlim mərkəzi vurulub.