Ekvadorda iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib
- 20-04-2024, 13:01
- Dünya
Ekvador prezidenti Daniel Noboa enerji böhranı ilə əlaqədar ölkədə fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, fövqəladə vəziyyət 60 gün davam edəcək.
Fərmana əsasən, bu tədbir enerji çatışmazlığı probleminin həlli üçün kifayət qədər vaxtın olmasını təmin etmək və vəziyyətin yaxın gələcəkdə sabitləşməsini nəzərə alaraq indiki dövrdə elektrik enerjisi ilə təminatına zəmanət vermək məqsədi daşıyır.
Bundan əlavə, fərman mühüm enerji infrastrukturu obyektlərinin təxribat, terror hücumları və digər təhlükələrdən qorunması üçün ölkənin polis və silahlı qüvvələrinin səfərbər edilməsini nəzərdə tutur.
Ekvadorda kəskin quraqlıq fonunda su elektrik stansiyaları fəaliyyət göstərmir. Eləcə də istehsal problemləri fonunda qonşu Kolumbiyadan elektrik enerjisi təchizatı dayandırılıb. Nəticədə ölkə kəskin enerji böhranı ilə üzləşib.