Zaporojye AES-də beşinci enerji bloku xətdən ayrıldı
- 1-09-2022, 16:13
- Dünya
Bu gün səhər saatlarında Zaporojye atom elektrik stansiyasının (ZAES) yerləşdiyi ərazi rusiyalılar tərəfindən yenə atəşə tutulub. Nəticədə təcili mühafizə sistemi işə düşüb və beşinci enerji bloku xətdən ayrılıb.
Bu barədə “Enerqoatom” “Telegram” hesabında məlumat yayıb.
“Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (BAEA) missiyasının səfəri ərəfəsində rusiyalılar ZAES-də yeni təxribatlara əl atıblar. Bu gün, 1 sentyabr 2022-ci il, saat 4:57-də Rusiya qüvvələrinin növbəti dəfə minaatanlardan atəşə tutması nəticəsində Zaporojye AES-də təcili mühafizə sistemi işə düşüb və işlək vəziyyətdə olan 5-ci enerji bloku xətdən ayrılıb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, ZAES-330 kV-luq ehtiyat elektrik təchizatı xətti də sıradan çıxıb. Keçid rejimində dizel generatorları işə salınıb və 2 saylı işləməyən enerji blokunun enerji təchizatı dayandırılıb.
Qeyd edildiyi kimi, son 10 gündə ikinci dəfədir ki, rusiyalıların əməlləri blokun xətdən ayılmasına və stansiyanın enerjisinin kəsilməsinə səbəb olur.
6 saylı enerji bloku isə Ukraynanın enerji sistemində fəaliyyətini davam etdirir və ZAES-i enerji ilə təmin edir.
“Enerqoatom”dan bildirilib ki, stansiyanın ukraynalı heyəti onun infrastrukturuna dəyən ziyanın aradan qaldırılması üçün əlindən gələni edir.