Qırğızıstan Prezidenti Belçikaya səfər edəcək
Qırğızıstan Prezidenti Sadır Japarov iyunun 24-26-da Belçikada işgüzar səfərdə olacaq.
“Report” Qırğızıstan KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.
Bildirilib ki, iyunun 25-də S.Japarov Belçika Kralı Filip ilə görüşəcək. Həmin gün Qırğızıstan Prezidenti ilə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında rəsmi görüş baş tutacaq.
Danışıqlar zamanı Qırğızıstan və Avropa İttifaqı və Belçika arasında ticari-iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunacaq.
Səfərin yekunu üzrə ikitərəfli birgə sənədlərin imzalanacağı gözlənilir.