Avropa İttifaqı Şurasının rəhbəri Putinlə Qarabağ nizamlanmasını müzakirə edib
- 22-04-2022, 17:00
- Dünya
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Söhbət zamanı onlar Cənubi Qafqazda baş verən son hadisələri, həmçinin aprelin 6-da Azərbaycan və Ermənistan liderlərinin keçirdiyi son görüşü müzakirə ediblər.
Bu barədə Avropa İttifaqı Şurasından məlumat verilib.
Bildirilir ki, Mişel həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iki ölkə arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyinə işarə edib.