Qırğızıstan Prezidenti: "Əfqanıstandakı vəziyyət xüsusi narahatlıq doğurur"
- 20-07-2023, 12:58
- Dünya
Əfqanıstanda baş verən hadisələr Qırğızıstanda xüsusi narahatlıq doğurur.
"Report" xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Ciddədə Mərkəzi Asiya ölkələri və Fars Körfəzi dövlətləri üzrə Əməkdaşlıq Şurasının liderlərinin birinci sammiti zamanı deyib.
"Bizim üçün Əfqanıstandakı vəziyyət xüsusi narahatlıq doğurur. Hesab edirik ki, beynəlxalq ictimaiyyət Əfqanıstanı və çoxdan əziyyət çəkən əfqan xalqını təcrid vəziyyətində tərk edə bilməz. Əfqanıstan xalqına humanitar yardım göstərməyə davam etmək və layihələri hərtərəfli dəstəkləmək lazımdır. Bu, Əfqanıstan iqtisadiyyatının bərpasına kömək edəcək”, - S.Japarov bildirib.
Dövlət başçısının sözlərinə görə, Qırğızıstan da Fələstin, Yəmən, Suriya, Sudan və Ukraynadakı vəziyyəti narahatlıqla izləyir və bu ölkələrdəki münaqişələrin tezliklə həllinə ümid edir.
S.Japarov qeyd edib ki, istənilən münaqişə siyasi vasitələrlə danışıqlar masası arxasında, beynəlxalq hüququn prinsip və normaları əsasında həll edilməlidir.