Qırğızıstanda “Bayraktar” PUA-larının bazası açılıb - FOTO
Qırğızıstan Prezidenti Sadır Japarov Respublikanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin pilotsuz uçuş aparatlarının bazasını açıb.
Qırğızıstan prezidentinin mətbuat xidməti “Bayraktar” və digər PUA-ların bazasının açılması barədə məlumat yayıb.
Sərhədçilər qarşısında çıxış edən dövlət başçısı qeyd edib:
“Ölkədə əmin-amanlıq, sabitlik sərhəddən başlayır. Baza sərhədlərimizi qorumaq üçün Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin quru qoşunları və hərbi hissələrinin hava hücumundan müdafiəsinin əsas vəzifələrini yerinə yetirir”.
Japarov həmçinin bildirib ki, sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə maddi-texniki bazasının möhkəmləndirilməsi üçün alınan texnikanın əməliyyat imkanlarından yalnız ölkənin suverenliyinin qorunmasına yönəlmiş təlimlərdə istifadə olunacağına ümid edir.
Qeyd edilir ki, “Bayraktar” PUA-ları Sərhəd Mühafizə Xidmətinin müvafiq təlim keçmiş zabitləri tərəfindən idarə olunur.