Azərbaycan və Türkiyənin BMT-dəki nümayəndələri ikitərəfli münasibətləri müzakirə ediblər
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev türkiyəli həmkarı Ahmet Yıldızla görüşüb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin BMT-dəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Səfir Ahmet Yıldız Azərbaycanın daimi nümayəndəsi səfir Əliyevlə görüşüb. Onlar ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşdirilməsi yollarını müzakirə ediblər”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, aprelin 26-da Ahmet Yıldız etimadnaməsini BMT-nin Baş katibi Antoniu Quterrişə təqdim edərək vəzifəsinin icrasına başlamışdı.