BƏƏ: COP28-in prezidenti kimi, Azərbaycanı tam dəstəkləyirik
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək Azərbaycana dəstəyini ifadə edərək onunla sıx əməkdaşlığını davam etdirəcəyini bildirib.
“Report” xəbər verir ki, bu barədə BƏƏ-nin BMT yanında daimi nümayəndəliyinin mətbuat xidməti bildirib.
“COP28-in prezidenti olaraq, bu gün Yer Günü münasibətilə keçirdiyi brifinq zamanı Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin COP29-a sədrliyinə tam dəstəyimizi çatdırdıq. BƏƏ COP Sədrlik Üçlüyü vasitəsilə Azərbaycanın COP29 və Braziliyanın COP30 sədrliyi ilə sıx əməkdaşlığı davam etdirəcək. Üçlük davamlılığı təmin edəcək, dinamikanı qoruyacaq və COP28 nəticələrinin icrasını dəstəkləyəcək”, – BƏƏ-nin BMT-dəki diplomatik missiyası diqqətə çatdırıb.