Seçkiqabağı sorğu: Bayden Trampdan 10 faiz bəndi geri qalır
ABŞ Prezidenti Cozef Bayden seçicilərin dəstəyinə görə sabiq dövlət başçısı Donald Trampdan 10 faiz bəndi geri qalır.
“Report” xəbər verir ki, bu barədə “Rasmussen Reports” tədqiqat təşkilatının dərc etdiyi sorğunun nəticələrindən məlum olub.
Respondentlərdən, prezidentliyə namizədlər demokrat Cozef Bayden, respublikaçı Donald Tramp və müstəqil kiçik Robert Kennedi olsalar, kimə səs verəcəkləri soruşulub. Sorğu iştirakçılarından 46 faizi Trampı dəstəkləyib, 36 faiz Baydenə lehinə olub, 9 faiz isə kiçik Kennediyə üstünlük verib.
Araşdırma nəticələrinin statistik xəta payı 3 faiz bəndi təşkil edir. Sorğuda 1 205 nəfər iştirak edib.
Beləliklə, “Rasmussen Reports”a görə, Tramp ötən ayla müqayisədə liderliyini 4 faiz bəndi artırıb. Belə ki, təşkilatın aprelin 4-nə olan məlumatına görə, 44 % Trampa, 38 % Baydenə, 10 % isə kiçik Kennediyə səs verməyə hazırdır.