Tramp Baydendən qisas almağı planlaşdırır
- 6-08-2023, 10:11
- Dünya
“Əgər yenidən dövlət başçısı vəzifəsinə seçilərsəm, ABŞ-ın hazırkı lideri Cozef Bayden və onun ailəsinin bütün mümkün cinayətləri ilə bağlı dərhal araşdırma aparılması barədə göstəriş verəcəyəm”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Cənubi Karolinada Respublikaçılar Partiyasının tərəfdarları üçün keçirilən tədbirdə deyib.
“Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi ilk günümdə Ədliyyə Departamentinin xüsusi prokuroruna Çindən və bir çox başqa ölkələrdən rüşvət almaq da daxil olmaqla, bütün şərəfsiz hərəkətlərlə bağlı ABŞ Konqresində verilən çoxsaylı bəyanatların hər birini araşdırmaq üçün göstəriş verəcəyəm”-deyə, o bildirib.
Qeyd edək ki, Ağ evin sabiq başçısına qarşı dörd maddə üzrə ittiham irəli sürülüb. ABŞ tarixində ilk dəfə olaraq sabiq prezident yalan məlumat yaymaqda ittiham edilir. Daha iki ittiham isə məxfi fayllarla səhv davranış və işgüzar qeydlərin saxtalaşdırılması ilə bağlıdır. Eyni zamanda, Corciya prokurorluğu 2020-ci il seçkilərinin nəticələrinin ləğvinə cəhdlə bağlı daha bir ittiham üzrə dördüncü cinayət işi aça bilər.
Hazırda Donald Tramp Respublikaçılar partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparır. Sonuncu sosioloji rəy sorğularının nəticələrinə görə, onun və ABŞ-ın hazırkı Prezidenti Cozef Baydenin dəstək reytinqi eynidir – hər ikisi 43 faiz.