Azərbaycan Mərkəzi Bankı ötən il valyuta bazarından 2,1 milyard dollar alıb
- 31-01-2024, 10:30
- İqtisadiyyat
2023-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi alışyönlü olub - 2,1 milyard ABŞ dolları təşkil edib.
“Report” bu barədə AMB-yə istinadən xəbər verir.
"Ötən iclasdan bəri monetar şəraitə təsir göstərən başlıca hadisə gözlənildiyi kimi fiskal sektor üçün irihəcmli valyuta alışlarının həyata keçirilməsi olub. Valyuta alışları bank sistemində likvidliyin artmasına şərait yaradıb. Manatla pul bazası ümumilikdə 2023-cü ildə 19,6 % artıb ki, bunun da 14.6 faiz bəndi dekabrda baş verib. Pul siyasəti alətləri pul siyasətindən kənar avtonom amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına və faiz ötürücülüyünün gücləndirilməsinə xidmət edib. Daimi imkan və açıq bazar əməliyyatlarının aparılması pul bazarında milli valyutada banklar arasında həm təminatsız, həm də təminatlı bağlanan əqdlərin orta çəkili faiz dərəcələrinin AMB-nin faiz dəhlizi ilə eyni istiqamətdə hərəkətini təmin edib. Belə ki, yanvarın ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6,74 % (dekabrda 7,4 %) və 1 həftəlik banklararası REPO faizi (1W AINAIB) 6,84 % (dekabrda 7,8 %) olmaqla faiz dəhlizinin daxilində formalaşıb", - AMB qeyd edib.