Səhər yeməyində hansı qidalar zərərlidir?
“Səhər yeməyində pendir, yağ və ya kolbasa ilə sendviç yemək olmaz”.
Bu sözləri rusiyalı endokrinoloq və diyetoloq Oksana Mixaylova deyib.
Həkimin sözlərinə görə, səhər yeməyində yeyilən sendviçlər və dənli bitkilər xeyirdən çox zərər verir. Buna görə o bu məhsullardan imtina etməyi məsləhət görüb.
Səhər yeməyi bədəni bütün gün enerji ilə təmin edəcək qidalardan ibarət olmalıdır. Buna görə də, lazımi miqdarda zülal, karbohidrat, lif və sağlam yağları ehtiva edən qidalı və müxtəlif olmalıdır.
Oksana Mixaylovanın sözlərinə görə, səhər yeməyi süfrəsində olan kolbasa, vetçina, pendir və ya yağlı sendviçlər bu meyarlara cavab vermir.
“Bunların hamısı qida sənayesi tərəfindən istehsal olunan rafinə edilmiş məhsullardır. Onların kalorisi yüksək, lakin qida dəyəri azdır”, - deyə həkim izah edib.
Bundan əlavə, belə bir səhər yeməyi qan şəkərinin səviyyəsinin artmasına, çəki artımına, bağırsaq disbiosenozunun inkişafına, xroniki qəbizlik və digər həzm problemlərinə səbəb olacaq.
Rasiondan çıxarılası daha bir qida yulaf lopalarıdır. Mixaylova bildirib ki, belə “sürətli” səhər yeməyi ən çox rafinə edilmiş dənli bitkilərdən, yağdan və şəkərdən hazırlanır.
Mənbə: Gazeta.ru