Arıqlamağa kömək edən səhər yeməkləri məlum olub
- 4-08-2020, 14:41
- Cəmiyyət
Mütəxəssislər səhər yeməyi üçün xüsusi batonlar, müsli və mağaza şirələrindən yayınmağı tövsiyə edir. Belə ki, onların tərkibində yüksək miqdar şəkər və digər gərəksiz elementlər mövcuddur.
“Azad Səs” xarici KİV-ə istinadən xəbər verir ki, diyetoloqlar arıqlamaq üçün yararlı olan səhər yeməyi menyusunu açıqlayıblar.
Bunların arasında ən faydalısı toyuq yumurtasıdır. Yumurta özündə faydalı zülallar daşıyır, əzələ kütləsini böyütməyə kömək edir. Həmçinin onlar vitamin və sinir sisteminə yardımçı olan xolindən ibarətdir.
Ekspertlər yumurtaları suda qaynatmağı tövsiyə edir. Diyetoloqların sözlərinə görə, onları həmçinin digər məhsullarla, məsələn, avokado və tam buğda çörəyi ilə yemək faydalıdır. Alimlər bildirirlər ki, bu cür yemək insanı uzun müddətli tox saxlayır.