Çində silsilə zəlzələlər baş verib
Çində 5,7 və 3,9 maqnitudalı zəlzələlər qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkə Mərkəzi (CENC) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 6:27-də Qazaxıstanla sərhədin yaxınlığında, Sincan-Uyğur Muxtar Regionunda 5,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Çinin Aksu qəzasından 125 kilometr qərbdə və Almatıdan 276 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Pekin vaxtı ilə saat 9:44-də 3,9 maqnitudalı daha bir zəlzələ qeydə alınıb. Hadisə Çinin Akçi qəzasında baş verib. Dağıntı və itki barədə məlumat daxil olmayıb.