Türkiyənin daha bir şəhərində zəlzələ olub - YENİLƏNİB
- 25-02-2023, 08:51
- Hadisə
Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda 4,7 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 00:25-də qeydə alınıb.
21:49
Türkiyənin Sivas şəhərinin Gürün rayonunda 4,7 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 5,13 km dərinlikdə olub.
18:52
Konyanın Eregli rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə AFAD məlumat verib.
Zəlzələ saat 17.01-də yerin 7,05 kilometr dərinliyində olub və ətraf əyalətlərdə də hiss olunub.