Главная > Manset / Dünya > Çində silsilə zəlzələlər baş verib
Çində silsilə zəlzələlər baş verib30-01-2024, 15:30. Разместил: azadses |
Çində 5,7 və 3,9 maqnitudalı zəlzələlər qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkə Mərkəzi (CENC) məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 6:27-də Qazaxıstanla sərhədin yaxınlığında, Sincan-Uyğur Muxtar Regionunda 5,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Çinin Aksu qəzasından 125 kilometr qərbdə və Almatıdan 276 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Pekin vaxtı ilə saat 9:44-də 3,9 maqnitudalı daha bir zəlzələ qeydə alınıb. Hadisə Çinin Akçi qəzasında baş verib. Dağıntı və itki barədə məlumat daxil olmayıb. Вернуться назад |