azadses.az » Manset » Bakıda qısqanc ər oğlunun gözü qarşısında arvadının üzünə “kislota” töküb - TƏFƏRRÜAT

Bakıda qısqanc ər oğlunun gözü qarşısında arvadının üzünə “kislota” töküb - TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rahib Qafarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 1 fevral 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Stimul” Hospital ilə üzbəüz parkın yaxınlığında qeydə alınıb. Belə ki, Rahib Qafarov arvadı Samirə Qafarova (şərti) ilə aralarında qısqanclıq zəminində mübahisə edib. Həmin vaxt orada cütlüyün böyük oğlu da olub. Təqsirləndirilən şəxs oğlunun gözü qarşısında sulfat turşusu - “kislota” olan şüşə butulkanın qapağını açıb. Daha sonra o, “kislota”nı birbaşa qadının üstünə və dayandığı istiqamətə səpələyib. Nəticədə qadın gözündən ağır xəsarət alıb. Hadisədən sonra o saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə iclasında Rahib Qafarov ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, 2022-ci ilin yay aylarında evdən ona tanış gəlməyən səs eşidib, arvadı Samirənin hərəkətləri şübhəli gəldiyindən qadının çantasına baxıb:
“Bu zaman həyat yoldaşımın əl çantasında öz telefonundan əlavə bir telefon da tapdım. Həmin telefona baxanda gəlmiş SMS-lərin məzmunundan Samirənin müxtəlif vaxtlarda, müxtəlif şəxslərlə cinsi əlaqədə olduğunu aşkarladım. Arvadım bu SMS-lərlə bağlı məlumat verdi, bunu etiraf etdi və onu bağışlamağım üçün yalvardı. Mən də arvadımı bağışladım. Lakin bir müddət sonra eyni əməllərin təkrarlandığını aşkarladım. Samirənin bağışlandıqdan sonra yenə əxlaqsız hərəkətləri etməsinə çox əsəbiləşdiyim üçün onun sağlamlığına zərər vurdum. Hadisəni törətdiyim gün Samirəni aldadaraq o və böyük oğlumla görüşdüm. Onlarla birgə avtobusdan düşən vaxt arvadıma mobil telefonunu verməsini tələb etdim. Lakin Samirə telefonunu verməkdən imtina etdi, mənim və ailəm haqqında nalayiq ifadələr işlətdi. Mən də bundan əsəbiləşdim və özümlə gətirdiyim, “kislota” kimi bildiyim kimyəvi maddə olan şüşənin qapağını açaraq onun sifətinə tökdüm”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sumqayıtda təlim maşını yanıb
  2. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
  3. Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
  4. Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
  5. Yer kürəsində rekord dərəcədə istilik müşahidə olunur
  6. Suraxanıda 16 yaşlı gənci avtomobil vurub
  7. Nərimanov rayonunda yol qəzası olub, yaralanan var
  8. Qobustanda avtomobil aşıb, xəsarət alan var
  9. Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
  10. Şəkidə qadını avtomobil vuraraq öldürüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
Rusiyada 13 yaşlı bloqer üç mərtəbəli malikanə aldı
Rusiyada 13 yaşlı bloqer üç mərtəbəli malikanə aldı