Bakıda anası ilə bacısını öldürənə 20 il cəza verildi
- 22-12-2022, 20:41
- Kriminal
Bakıda anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadənin məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Murad Niftizadə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb. M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirib.
M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adamöldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.
Məlum olub ki, qətl hadisəsi qısqanclıq zəminində baş verib. Fatma Həmzəyeva uşaqları kiçik olarkən onları yaşadıqları kənddə atıb və paytaxta qaçıb.
Paytaxtda bir müddət başqa bir kişi ilə yaşayan Fatma qızı Elgün yetkinlik yaşına çatandan sonra onu oğurlayıb və yanına gətirib.
Murad Elgünü bir neçə dəfə geri aparmaq istəsə də, bu istəyinə nail olmayıb. Qətl hadisəsi də bu mübahisə üstündə yaranıb.