Kişi arvadını döyən qardaşı qızının başını daşla yardı
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Adbulla Qurbanəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə 06 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydə alınıb.
Belə ki, 1951-ci il təvəllüdlü Adbulla Qurbanəliyev evinin yaxınlığında arvadının zərərçəkmiş, qardaş qızı Məhəbbət Qurbanəlyeva və onun qızı Pərvanə tərəfindən döyüldüyünü görüb. Bu zaman o, əvvəlcə əlləri ilə, daha sonra isə daşla qardaşı qızının baş nahiyəsinə qəsdən bir neçə dəfə zərbə vuraraq qadına xəsarətlər yetirib.
İstintaq dövründə Adbulla Qurbanəliyevin barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.