Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 avtomobil verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 minik avtomobili verilib.
"Report" xəbər verir ki, avtomobillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev təqdim ediblər.
A.Əliyev bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra da şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlərlə, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillərlə təminatı tədbirləri davam etdirilir.
Dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı Nazirlik tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib.
Postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərə 5 600, ümumilikdə ötən dövrdə 14 400 mənzil və fərdi ev təqdim olunub. Dövlət başçısının tapşırığı ilə bu kateqoriyadan olan vətəndaşlarımıza 2023-cü ildə ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri davam etdirilir.
Ölkə Prezidentinin Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.
Diqqətə çatdırılıb ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri çərçivəsində 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz avtomobillə təmin edilirlər.
Bu gün təqdim edilən 50 avtomobil də daxil olmaqla postmüharibə dövründə 424, ümumilikdə ötən dövrdə 7600 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən hərtərəfli qayğıya, yeni avtomobillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.