Məcburi köçkünlər üçün tikilmiş mənzillərlə bağlı açıqlama
- 18-01-2021, 12:31
- Cəmiyyət
Prezident İlham Əliyevin göstərişi ilə keçmiş köçkünlərə tikilmiş mənzillər şəhid ailələrinə veriləcək. Həmin mənzillərin Nazirliyin balansına verilməsi prosesi yekunlaşmaqdadır.
''Azad Səs''-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən Nazirliyə məcburi köçkünlər üçün tikilən 4700 mənzil şəhid ailələrinə təqdim edilməsi üçün verilib: “Yeni mühüm proqram şəhid ailələri, müharibə əlillərinin evlə təminatında növbəti ciddi irəliləyişə imkan verəcək”.