İmişlidə şəhid ailələrinə 11 mənzil və 3 fərdi ev təqdim olundu - Fotolar
İmişli şəhərində şəhid ailələrinə 11 mənzil və 3 fərdi ev təqdim olunub.
"Qafqazinfo" xəbər verir ki, mənzil və fərdi evlərin təqdim olunması tədbirində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov iştirak ediblər.
Ətraflı
Qeyd olunub ki, İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunurlar.
Bu gün təqdim edilən mənzil və fərdi evlər də daxil olmaqla 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4150, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev verilib.
Yeni evlərlə təmin olunan şəhid ailələri Prezidentə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.