Müharibə əlilləri və şəhid ailələri üçün 500 evin tikintisi yekunlaşır
“Ölkənin 41 şəhər və rayonunda şəhid ailələri və müharibə əlilləri üçün 500-ə yaxın fərdi evin tikintisi artıq yekunlaşmaq üzrədir. Evlər yaxın vaxtlarda istifadəyə veriləcək”.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında nazir Sahil Babayev bildirib.
O, 2021-ci ildə imtiyazlı kateqoriyalardan olan vətəndaşlara təqdim edilən mənzillərin sayının 3 il əvvələ nisbətən 5 dəfə artaraq 3 minə çatdığını, cari ildə də bu istiqamətdə işlərin davam etdirildiyini deyib. Nazir bildirib ki, indiyədək həmin vətəndaşlara 12 300-dən çox mənzil və fərdi ev verilib.