azadses.az » Manset » Fuad Hüseynəliyev: "İstənilən təzyiq qarşısında Bakı nəinki bir addım geri çəkilir, əksinə, mövqeyini daha da sərtləşdirir"

Fuad Hüseynəliyev: "İstənilən təzyiq qarşısında Bakı nəinki bir addım geri çəkilir, əksinə, mövqeyini daha da sərtləşdirir"

"Ermənistan həqiqətən regionda sülh istəyirsə, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan təkliflərini qəbul edəcəksə, daha doğrusu, sabahkı görüşdə bunu qəbul etsə, növbəti mərhələdə sülh müqaviləsinin bağlanmasında ciddi problem qalmayacaq".

Bu fikirləri “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev "ARB24"ün efirində səsləndirib.

Onun sözərinə görə, sabahkı görüşdə müsbət nəticələr əldə edilə bilər:

"Çünki son dövrlər Ermənistan tərəfindən müsbət fikirlər eşidirik. Mənə elə gəlir ki, sabahkı görüş sülh müqaviləsinin bazisi ola bilər. Orada müzakirə edilən və ortaq məxrəcə gəlinən məsələlər sülh müqaviləsinin tezliklə imzalanmasına imkan yaradacaq. Bilirik ki, bir neçə məsələnin üzərində hələ suallar qalıb. Buraya anklavlar, yəni Azərbaycanın Ermənistan ərazisində olan anklavları sual yaradacaq məsələlərə daxildir. Delimitasiya komissiyasının işi də sırf bu sahədir. Mənə elə gəlir ki, sabahkı görüşün nəticəsi olaraq sülh müqaviləsi barəsində daha ümidli danışa bilərik".

Ekspert qeyd edib ki, sabahkı görüşdə Azərbaycanın Ermənistan ərazisində 8 anklavı da müzakirə edilə bilər:

"Ola bilər ki, tam olaraq sülh müqaviləsində bu məsələ qeyd edilməyə bilər. Sülh müqaviləsinin əsas prinsipi ölkələrin bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini təsdiqləməsidir. Paşinyan bundan əvvəl anklavlardan danışarkən demişdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, buraya anklavlar da daxildir. Bu, sülh müqaviləsində tam əksini tapmasa da, əlavə razılaşma və ya şərt kimi iki tərəf arasında razılaşdırılacaq. Delimitasiya və demarkasiya çərçivəsində bu məsələ öz həllini tapa bilər”.

ABŞ-la Azərbaycanın son zamankı münasibətlərinə toxunan F.Hüseynəliyev bildirib ki, Azərbaycana qarşı heç bir təzyiq nəticə vermir:

“ABŞ dövlət katibi Antoni Blinkenlə danışıqda Prezident İlham Əliyev Azərbaycanın çox sərt və açıq mövqeyini ortaya qoydu. Bildirdi ki, istənilən halda ABŞ Azərbaycan rəsmilərinin bu ölkəyə səfərlərinin qarşısını alırsa, rəsmi Bakı da öz tərəfindən bu addımların qarşısını alacaq. Mənə elə gəlir ki, Vaşinqtonun Azərbaycana təzyiqi hansısa dividentləri əldə etmək məqsədindən irəli gəlirdi. Amma Azərbaycan sərt mövqeyini ortaya qoymaqla göstərdi ki, heç bir təzyiqi qəbul etməyəcək. Buna görə də ABŞ özü-özünün səhv siyasətini başa düşərək öz mövqelərindən geri çəkildi və faktiki olaraq cənab Prezidentin bir neçə şərtini Blinken də qəbul etdi. Bundan sonra yumşalma gedə bilər. Biri var ki, bu sözlərə etiraf olunur, amma bir çox məsələ atılan addımlardan asılı olacaq. Dünən ATƏT-də ABŞ-ın nümayəndəsi qeyd etmişdi ki, Vaşinqton Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyir, sülh danışıqları tərəflərin istədiyi formatda keçirilə bilər”.

Onun fikrincə, digər ölkələrin Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin hazırlıq prosesinə müdaxilə etməsi məsələsinə gəlincə, rəsmi Bakıya qarşı heç bir təzyiq nəticə vermir:

“Bu, əks nəticə verir. İstənilən təzyiq qarşısında Bakı nəinki bir addım geri çəkilir, əskinə, mövqeyini daha da sərtləşdirir. Beynəlxalq güclər də bunu qəbul edib. Fransanın Azərbaycana təzyiqləri olan zaman beynəlxalq güclər, ABŞ bunu susqunluqla qarşılayırdı. Bu məsələyə qarışmırdı. Sonra ABŞ, Avropa təzyiqləri artırdı, yenə də heç bir nəticə olmadı. Ola bilər ki, Dövlət Departamentindən və ya başqa xətlərlə həmin qurumlara siqnal gedə bilər ki, kömək edə bilmədik, gəlin, artıq mane də olmayaq”.

F.Hüseynəliyev qeyd edib ki, Azərbaycan və Ermənistan şərti sərhədində görüş başa tuta bilər:

“Azərbaycan bir neçə dəfə təklif edib ki, üçüncü tərəf olmadan iki ölkənin rəsmiləri yüksək səviyyədə danışıqlar aparsın. Məkan olaraq Gürcüstan hökuməti də təklif edib ki, Tbilisi ev sahibliyi etməyə hazırdır. Aydın məsələdir ki, burada üçüncü tərəf olmayacaq. Yaxud da görüş elə şərti sərhəddə baş tuta bilər”.

Onun sözlərinə görə, iki ölkə arasında ilkin mərhələdə hər hansı sənədin imzalanmasını gözləmək düzgün deyil:

"Öncəliklə, nəqliyyat yolları açılmalıdır. Biz tərəfdən bu hazır olsa da, Ermənistan tərəfdən bu yolla bağlı hər hansı infrastruktur yoxdur. Bu məsələdə Ermənistan tərəfi özünü maraqlı göstərməlidir. İlkin mərhələdən sonra delimitasiya komissiyasının tez-tez görüşməsi, sərhədin delimitasiyasının yüksək templə işlənməsini görə bilərik".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb
  2. Bakıda 22 yaşlı sürücü yol qəzasında xəsarət alıb
  3. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  4. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  5. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  6. Binədə yolu keçən qadını avtomobil vurub
  7. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  8. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  9. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  10. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?