İsrail 50 girovu Qəzzadan dörd gün ərzində qaytarmaq planını təsdiqləyib
Saatlarla davam edən xüsusi iclasdan sonra İsrail hökuməti dörd gün ərzində Qəzza zolağından ən azı 50 girovun geri qaytarılmasını nəzərdə tutan planı təsdiqləyib, bundan sonra anklavda hərbi əməliyyatlar bərpa olunacaq.
"Report" xəbər verir ki, bu barədə Baş nazir Binyamin Netanyahunun ofisinin bəyanatında deyilib.
"İsrail hökuməti bütün girovları vətənə qaytarmaq niyyətindədir. Bu gün axşam hökumət bu məqsədə çatmaq üçün birinci mərhələ planını təsdiqləyib, ona əsasən dörd gün ərzində ən azı 50 qaçırılmış qadın və uşaq azad ediləcək. Qaçırılmış daha 10 nəfərin azad edilməsi daha bir gün sakitlik verəcək”, - bəyanatda qeyd olunub.
Bundan əvvəl NBC telekanalı bildirmişdi ki, İsrail və HƏMAS nümayəndələri girovların azad edilməsi ilə bağlı ilkin razılığa gəliblər.