İsrail hərbçiləri üç şəhərdə reydlər həyata keçirib
- 5-11-2023, 12:11
- Dünya
İsrail ordusu İordan çayının qərb sahilində üç şəhərdə reydlər həyata keçirib.
“Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, əməliyyatlar Cenin, Nablus və Tulkərm şəhərlərində keçirilib. Nablusda baş verən toqquşmalar nəticəsində ən azı 3 fələstinli yaralanıb.
Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə hücumundan sonra vəziyyət kəskin şəkildə pisləşib.
İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, bu zolağa, həmçinin Livan və Suriyanın müəyyən ərazilərinə cavab zərbələri endirməyə başlayıb.