Latviya XİN başçısı NATO-nun baş katibi vəzifəsinə namizədliyini verəcək
Latviyanın xarici işlər naziri Krisjanis Karins gələn il NATO-nun baş katibi postuna seçkilərdə iştirak etmək niyyətindədir.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Karinsin sözçüsü bildirib.
Onun fikrincə, Karins beynəlxalq münasibətlərdə alyansın nüfuzunun inkişafına töhfə verməyi qərarlaşdırır.
Karinsdən başqa, daha iki nəfər namizədliyini irəli sürməkdə maraqlı olduqlarını bildiriblər. Onlar Niderlandın Baş naziri Mark Rutte və Estoniyanın Baş naziri Kaja Kallasdır.
Qeyd edək ki, Yens Stoltenberqin səlahiyyət müddəti 2024-cü ildə başa çatır.