azadses.az » Manset » Adil Kərimli: "Ortaq türk mədəniyyətinin təbliği istiqamətində Türkiyə ilə birgə fəaliyyətimiz daha da genişlənəcək"

Adil Kərimli: "Ortaq türk mədəniyyətinin təbliği istiqamətində Türkiyə ilə birgə fəaliyyətimiz daha da genişlənəcək"

"Ortaq türk mədəniyyətinin dünyada təbliği istiqamətində Türkiyə ilə birgə fəaliyyətimiz daha da genişlənəcək"

“Report”un Ankara bürosunun xəbərinə görə, bunu Türkiyədə səfərdə olan, Türkiyə-Azərbaycan müştərək komissiyasının 3-cü toplantısında iştirak edən mədəniyyət naziri Adil Kərimli bildirib.

İki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən nazir deyib ki, bu il həm Azərbaycan, həm Türkiyə, həm də türk dünyası üçün əlamətdar günlərlə yadda qalmaqdadır: “Türk dünyasının əvəzedilməz liderlərindən olan, Ümummilli Lider Heydər Əliyevin yubileyi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 30 illiyi, eyni zamanda türk dünyası və Azərbaycan üçün vacib olan Şuşa Türk dünyasının mədəniyyət paytaxtı oldu. Düşünürük ki, bütün bunlar hər birimiz üçün çox önəmli hadisələrlə yadda qalacaq”.

Nazir qeyd edib ki, ölkələrimiz arasında münasibətlər ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər kimi sarsılmaz təməllər üzərində qurulub: “Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb-yaratmışlar. Bu illər ərzində həm siyasi, həm iqtisadi, həm də mədəni sahədə bir çox nailiyyətlərimiz olub. Dövlət başçılarımız tərəfindən ali səviyyədə nümayiş edilən qardaşlıq və dostluq münasibətləri bütün sahələrdə, eləcə də mədəniyyət sahəsində də uğurla davam etdirilir və düşünürük ki, bundan sonrakı fəaliyyətlərimiz, Türkiyə-Azərbaycan mədəni əlaqələri və ortaq türk mədəniyyətinin dünyada təbliği istiqamətindəki birgə fəaliyyətimiz daha da genişlənəcək, güclənəcək”.

Azərbaycan və Türkiyənin dünyada ortaq türk mədəniyyətinin, mədəni irsinin tanıdılması üçün mühüm işlər gördüyünü vurğulayan nazir bu istiqamətdə UNESCO, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun bütün əməkdaşlıq qurumları çərçivəsində çox uğurlu layihələri birgə həyata keçirdiyini qeyd edib: “Xüsusilə, Azərbaycan və Türkiyə tərəfindən irəli sürülən və geniş tətbiq edilən bu layihələr Türk dünyası üçün çox vacibdir. Bu il Şuşa - Türk Dünyasının Mədəniyyət Paytaxtı çərçivəsində Qorqud Ata film festivalı, Birinci Türk dünyası mədəniyyət forumu, TÜRKSOY çərçivəsində həyata keçirilən İkinci Türk Teatrları Festivalı, uğurla həyata keçirildi. Düşünürük ki, bundan sonra da bu cür layihələri reallaşdıracağıq”.

Adil Kərimli Birinci Türk Dünyası Mədəniyyət Forumunun əhəmiyyətini dövlət başçılarının Astana forumunda da vurğuladıqlarını qeyd edib: “Astanada Türk dünyası mədəniyyət forumunun əhəmiyyətli platforma kimi genişləndirilməsi, onun hər il keçirilməsinə ciddi önəm verilmişdi. Türk dünyasının ortaq problemlərinin həll edilməsi üçün Türk dünyası mədəniyyət forumunun və ondan sonra keçiriləcək forumların böyük əhəmiyyəti olacaq”.

Nazir deyib ki, Türkiyə və Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini əhatə edən mədəni irsimiz, ortaq türk mədəni irsi və eyni zamanda, digər mədəni sahədə qarşılıqlı məqamları birgə müzakirə edərək onların daha da inkişafı istiqamətində birgə işlər həyata keçiriləcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qadın çantasını oğurlayan kişidən amansız qisas aldı
  2. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  3. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  4. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  5. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  6. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  7. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  8. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  9. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  10. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu