Türk Dövlətləri Təşkilatından Naxçıvan müqaviləsinin ildönümü ilə bağlı PAYLAŞIM
![](/uploads/posts/2022-10/medium/1664773432_fotojet-16-1.jpg)
“3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Gününüz mübarək!
Bu gün Türk Dövlətləri Təşkilatını yaradan, türk dünyasının birliyinə və həmrəyliyinə həsr olunan Naxçıvan müqaviləsinin imzalanmasının 13-cü ildönümüdür!
Sizi ən xoş arzularımızla təbrik edirik!”, - paylaşımda deyilir.
Qeyd edək ki, 3 oktyabr 2009-cu ildə türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan müqaviləsi imzalanıb.
Müqavilənin imzalanma tarixi olan 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.