Xəzər İbrahim TÜRKSOY-un baş katibi və türk dövlətlərinin səfirləri ilə görüşüb - FOTO
- 4-04-2023, 11:19
- Siyasət
![Xəzər İbrahim TÜRKSOY-un baş katibi və türk dövlətlərinin səfirləri ilə görüşüb - FOTO](/uploads/posts/2023-04/whatsapp-image-2023-04-04-at-07_52_20.jpg)
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev, həmçinin türk dövlətlərinin səfirləri ilə görüşüb.
Bu barədə azərbaycanlı diplomat “Twitter” hesabında yazıb.
“TÜRKSOY-un Baş katibi Sultan Rayev, heyəti və qardaş Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan səfirlərini qonaq etməkdən qürur duydum! Şuşa 2023-cü il – Türk Dünyasının mədəniyyət paytaxtıdır”, - səfir sosial şəbəkədə qeyd edib.
![](/uploads/posts/2023-04/fs0p90fwiaahtvv.jpg)
![](/uploads/posts/2023-04/fs0p90fwwaeaaeq.jpg)
![](/uploads/posts/2023-04/fs0p90exgaap-vk.jpg)
![](/uploads/posts/2023-04/fs0p90ewyai2l-s.jpg)