Cezmi Bayram: "CHP-çi deputatın fikirləri iki ölkənin ictimaiyyətinə qarşı hörmətsizlikdir"
Türk Ocaqları Cəmiyyəti İstanbul təşkilatının sədri Cezmi Bayram Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Aykut Erdoğdunun bir neçə gün əvvəl Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Cezmi Bayram "Report"un yerli bürosuna verdiyi açıqlamada türkiyəli deputatın fikirlərini iki ölkə ictimaiyyətinə hörmətsizlik kimi qiymətləndirib:
"Türk Ocaqları Cəmiyyəti olaraq hesab edirik ki, CHP-çi deputatın həm Türkiyəyə, həm də qardaş Azərbaycana qarşı səsləndirdiyi fikirlər kökündən əsassızdır, hər iki ölkə icmaiyyəti ilə ziddiyət təşkil edir və hörmətsizlikdir".
O, qeyd edib ki, xüsusilə II Qarabağ müharibəsindən sonra Türkiyə və Azərbaycan arasında münasibətlərin daha üst səviyyədə möhkəmləndiyi bu dövrdə cəmiyyət, ictimaiyyət, siyasət və mədəniyyət dünyasından olan xadimlər, səsləndirdikləri fikirlərə diqqət etməlidir:
"Bu mənada yalnız siyasətçilər deyil, eyni zamanda incəsənət xadimləri, mədəniyyət dünyasından olan tanınmışlar və ictimai fəallar da, qardaş Azərbaycanla əlaqələrimizi nəzərə almalı, bütün ifadələrini dürüstlük və qardaşlıq çərçivəsində işlətməlidirlər".