Blinken Qəzza məsələsi ilə bağlı Dövlət Departamentində fikir ayrılıqlarını etiraf edib
ABŞ dövlət katibi Entoni Blinken Cozef Bayden administrasiyasının İsrail və HƏMAS arasındakı münaqişəyə yanaşması ilə bağlı Departament daxilində fikir ayrılıqlarını etiraf edib.
“Report” xəbər verir ki, bu barədə CNN Blinkenin işçilərə elektron məktubuna istinadən məlumat yayıb.
“Dövlət Departamentindəki bəzi insanlar bizim yanaşmalarımızla razılaşmaya və ya daha yaxşı bir şey edə biləcəyimizə inana bilər. Mən bilirəm ki, bir çoxlarınız üçün bu münaqişənin verdiyi iztirablar şəxsi əziyyətə yol açır. Mən də uşaqları, yaşlıları, qadınları və digər mülki şəxslərin əzab çəkməsinə baxdığınız zaman hiss etdiyiniz ağrıları hiss edirəm”, – CNN-in əldə etdiyi məktubda deyilir.
Dövlət katibi etiraf edib ki, “həddindən artıq çox sayda mülki fələstinli ölüb” və “onların əzablarını azaltmaq üçün daha çox iş görülməlidir”.