Sahib Məmmədov: "Azərbaycan DİM-lər üzrə növbəti hesabatı 2024-cü ildə göndərəcək"
- 24-10-2023, 08:00
- Manset / İqtisadiyyat
Azərbaycan tərəfindən regionda ilk olaraq Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə götürülmüş öhdəliklərin icrasının yekunu kimi BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 Könüllü Milli Hesabatı təqdim olunub.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu" mövzusunda 3-cü DİM Dialoqunda deyib.
"Bu, Azərbaycan hökumətinin DİM-lərin həyata keçirilməsi üzrə öhdəliklərə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Növbəti hesabatın 2024-cü ildə təqdim edilməsi planlaşdırılır", - S. Məmmədov bildirib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə işlər görülür: "Bu məqsədlərin həyata keçirilməsi böyük vəsaitlər tələb edir. Həmin vəsaitlərin effektivliyinin, şəffaflıq və hesabatlılığın təmin edilməsində ali audit orqanlarının iştirakı zəruridir".