İmtahanlarda koronavirusa yoluxma qeydə alınıb? - AÇIQLAMA
- 8-09-2020, 14:44
- Manset
İyunun 1-dən etibarən Dövlət İmtahan Mərkəzi 13 növ müxtəlif tədbirlər, imtahanlar keçirib.
Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu tədbirlər zamanı 288 min 637 nəfərə biliyin qiymətləndirilməsi üzrə xidmət göstərilib:
“Bu proseslər zamanı bütün karantin qaydalarına əməl olunub və heç bir yoluxma halı baş verməyib. Bütün bu xidmətlər DİM-in 150 nəfərə yaxın əməkdaşı tərəfindən həyata keçirilib. Bu yaxınlarda keçiriləcək növbəti imtahanlarla DİM 400 minə yaxın insana biliyin qiymətləndirilməsi üzrə xidmət göstərmiş olacaq”.Oxu.az